ABŞ-dan İrana qarşı əlavə sanksiyalar
03 fevral 2017 06:08 (UTC +04:00)

ABŞ-dan İrana qarşı əlavə sanksiyalar

ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar artıq bu gün tətbiq edilə bilər.  

 

Mənbənin məlumatına görə, sanksiyalar terroru dəstəkləməkdə günahlandırılan 8 şirkət və 17 şəxsi əhatə edəcək.   

 

Sanksiyalar İranın  yanvarın 29-da ballistik raketi sınaqdan keçirməsinə cavab tədbiri olaraq tətbiq ediləcək.

 

Sanksiyalar İranın nüvə proqramına dair əldə olunmuş razılaşmanı əhatə etməyəcək.   

 

ABŞ İranın nüvə proqramına dair sanksiyaları aradan qaldırsa da, Tehran əleyhinə digər sanksiyaları qüvvədə saxlayıb. İran bunun razılaşmanın mahiyyətinə zidd olduğunu iddia etsə də, Vaşinqton bununla razılaşmır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar