Naməlum şəxslər ABŞ-ın Alabama ştatında Pasxa bayramı ilə əlaqədar tədbirin keçirildiyi kilsə yaxınlığında atəş açıb.
APA-nın məlumatına görə, bu barədə “AL.com” portalı məlumat yayıb.
Nəticədə 3 yeniyetmə və bir azyaşlı uşaq yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə yerli vaxtla 15 aprel saat 21.30 (Bakı vaxtı ilə 16 aprel saat 06.30) radələrində Cefferson dairəsində Cathedral of the Cross kilsəsi yaxınlığında baş verib. İlkin məlumata görə, bayram tədbiri zamanı mübahisə olub və mübahisə atışma ilə nəticələnib. Polis olayla əlaqəsi olmaqda şübhəli sayılan 5 nəfərin ifadəsini alıb.