Türkiyənin məşhur "Survivor" proqramında məşhurlaşan "Avatar" ləqəbli boksçu Atakan qalmaqallı videosu yayılıb.
Lent.az-ın odatv.com-a istinadən məlumatına görə, sosial mediada yayılan videoda məşhur boksçu türk xalqını təhqir edib. Belə ki, qulaqcıqla musiqi dinləyən boksçuya dostu “burdan Türkiyə xalqına nə deyərdin” sualına “hamısının...” belə olsun cavabı verib.
Video yayıldıqdan sonra sosial mediada qalmaqal yaşanıb. "Avatar" Atakan açıqlama yayaraq bunun özünə qarşı təxribat olduğunu deyib: “Video bir neçə il bundan qabaq çəkilib. O videoda mən xalqımı təhqir edirəm kimi səslənsə də bu, belə deyil. İllərlə Türkiyə bayrağını zirvələrə qaldırmışam, bunun üçün mübarizə aparmışam. Bunu yayan şəxslə və saxta profillərlə bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etmişəm”.