"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb
08 iyun 2019 07:03 (UTC +04:00)

"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb

0

“S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün icrasına 2 aydan sonra başlanılacaq.

 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib.

 

Bildirilir ki, belə bir açıqlama Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində verilib. Çemezovun sözlərinə görə, artıq kredit verilib, avans ödənişlər edilib: “Kredit vəsait xərclənib, texnika istehsal edilib”.

 

O, həmçinin qeyd edib ki, Rusiya tərəfi türk mütəxəssislərin “S-400” üzrə təlimlərini də başa çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar