"Rusiya ordusu Dnestryanıdan çıxmalıdır"
04 fevral 2017 19:40 (UTC +04:00)

"Rusiya ordusu Dnestryanıdan çıxmalıdır"

Moldova Dnestryanı bölgəsində rusiyalı hərbçilərin olmasından narahatdır. APA-nın “apsny.ge”-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Pavel Filipp ATƏT sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ilə görüşü zamanı deyib.

“Biz rusiyalı hərbçilər və silah-sursatın Moldovadan çıxarılmasına və onların beynəlxalq təşkilatların himayəsi altında beynəlxalq müşahidəçilərlə əvəzlənməsini tələb edirik“, - deyə  Pavel Filipp bildirib.

P.Filipp həmçinin Dnestryanı bölgəsinə Moldova tərkibində xüsusi statusun verilməsinə ümidvar olduğunu söyləyib. Bu məsələ Dnestryanı münaqişənin nizamlanmasına dair ”5+2” formatında baş tutacaq danışıqlar çərçivəsində müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar