"Mercedes Benz" avtomobillərini geri çağırır
21 fevral 2018 19:21 (UTC +04:00)

"Mercedes Benz" avtomobillərini geri çağırır

"Mercedes Benz" şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb.
 
Lent.az-ən Trend-ə istinadən məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
 
Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.
 
Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış “V-Klasse” və “VITO” modellərinə şamil olunur.
 
Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar