
"Facebook" Azərbaycanda bazar payını artırıb
Bu ilin may ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 17,4 faiz bəndi artıb.
ONA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyunun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 47,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 35,7 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 11,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin iyunun 1-nə 19% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 84 faiz bəndi çoxdur.
Bu ilin may ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 19,2 faiz bəndi azalıb. İyunun 1-nə olan məlumata əsasən, "YouTube" Azərbaycan sosial media bazarında 15,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,4 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü: "Instagram" – 8%, "Twitter" – 6,4%, "VKontakte" – 1,8%, "Google+" – 0,01% və s.
Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26