Savçenko: "Heç kəsə Rusiya kimi qonşu arzu etmirəm"
20 iyun 2016 15:16 (UTC +04:00)

Savçenko: "Heç kəsə Rusiya kimi qonşu arzu etmirəm"

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə ukraynalı parlamentar Nadejda Savçenko qurumun plenar iclasında çıxış edib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA üzvü olan xanım Savçenko Rusiyada həbsdən azad edildikdən sonra bu gün ilk dəfə AŞPA-nın toplantısına qatılıb və müstəsna hal kimi 2 dəqiqəlik nitq söyləyib.

 

N. Savçenko azadlığa çıxması üçün ona yardım etmiş AŞPA üzvlərinə təşəkkürünü bildirib: “Mənim burada çıxış edə bilməyim həm də sizin sayənizdə gerçəkləşib. Mənim azadlığım naminə mübarizə aparmış və Ukraynanı dəstəkləyən bütün hər kəsə təşəkkürümü bildirirəm. Bizim sizinlə baxışlarımız eyni istiqamətə yönəlib. Ukrayna sülh, irəliləyiş və Avropa istiqamətində can atır. İlk olaraq, onu demək istəyirəm ki, mən burada sülh və barışıq naminə işlərimi davam etdirəcəyəm və fəaliyyətim zamanı əlimdən gələni edəcəyəm ki, bizim əməkdaşlığımız səmərəli olsun”.

 

N. Savçenko Rusiyada həbsdə saxlanılan digər ukraynalıların da azad edilməsi üçün AŞPA-nı Rusiyaya təzyiq göstərməyə çağırıb: “Rusiya məni 22 il həbsdə saxlamaq istəyirdi, amma biz bunu istəmədik və əlimizdən gələn hər şeyi etdik. Mən sizin aranızda olmağıma çox şadam”.

 

Ukraynalı parlamentar, eyni zamanda, Rusiyanın yenidən AŞPA-da təmsil olunmasına qarşı çıxaraq bu dövləti assambleyanın digər üzvlərinin hüquqlarını pozmaqda ittiham edib. O, sonda heç kəsə Rusiya kimi qonşu arzu etmədiyini və Rusiya ilə qonşu olan ölkələrin bundan əziyyət çəkdiklərini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35