ABŞ-ın Solt Leyk Siti şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, bir ailənin 5 üzvü ölü olaraq yaşadıqları mənzildə polis tərəfindən aşkar edilib. Amerikanın Yuta ştatının paytaxtında baş verən bu hadisənin səbəbi hələ ki, qeyri-müəyyən olaraq qalır.

Müəmmalı olay: ailənin 5 üzvü eyni vaxtda öldü
Valideynlərin və 3 uşağın nədən ölməsinə aydınlıq gətirmək üçün polis geniş miqyaslı istintaq əməliyyatlarına başlayıb.
Springville rayonunda yaşamış ailənin evində olan polis zabiti Dave Karon mediaya bildirib ki, ölən uşaqların yaşı 11-14 arasındadır. Valideynlər isə, 36-37 yaşlarındadırlar. “Reuters” agentliyinin yaydığı bu xəbər hazırda ABŞ-da əsas xəbərlərdən biri kimi gündəmdədir.
“Ölümün səbəbi ilə bağlı ağlabatan bir şey söyləmək çətindir. Ümid edirik ki, otopsiyadan (meyitin yarılması) sonra ölümün səbəbi haqqında dəqiq məlumatlar əldə etmək mümkün olacaq”, Springville rayonun polis bölməsinin sözçüsü deyib.
Onun sözlərinə görə bu ailə ilə bağlı diqqət çəkən elə bir hadisə qeydə alınmayıb. Onların həyatına yönəlmiş hər hansı təhlükədən danışmağa elə bir əsasımız yoxdur.
Ailə ikimərtəbəli evdə yaşayıb. Qonşuluqda olanlardan kimsə həmin evdən gələn hər hansı bir səs eşitməyib. Həmin evə kiminsə girdiyini də görən olmayıb.
Bəzi ehtimalara görə ailə hava yolu ilə zəhərlənə bilərmiş. Ancaq evdə hava ilə bağlı da diqqət çəkən bir iy hiss olunmayıb, müfaviq aparatlar da belə bir göstərici qeydə almayıb. Meyitlərdə də hər hansı zoraklıq əlaməti yoxdur.
Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58