Braziliya prezidenti sərt danışdl: <b>“İstefa verməyəcəm”</b>
23 avqust 2016 05:41 (UTC +04:00)

Braziliya prezidenti sərt danışdl: “İstefa verməyəcəm”

Müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan Braziliya prezidenti Dilma Rousseff könüllü olaraq istefa verməyəcəyini bəyan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dilma Rousseff jurnalistlərə verdiyi açıqlamada bildirib.

 

“Mən qətiyyən istefa vermək niyyətində deyiləm. İmpiçment prosesini isə dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm. Üzərimdə qurulan qurama və məzhəkə dolu məhkəmənin yeganə məqsədi qeyri-qanuni yolla yeni dövlət başçısı seçməkdir. Hazırda prezident səlahiyyətlərini icra edən Mişel Temer tək mənə qarşı deyil, seçicilərə qarşı xəyanətkarlıq edib. O, məhz mənim hökumət proqramıma uyğun olaraq vitse-prezident kürsüsünə əyləşib”, deyə  Dilma Rousseff vurğulayıb.

 

Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Rousseffin impiçmenti məsələsinə avqustun 25-də baxacaq. Dilma Rousseffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer  yeni hökumət qurub.

 

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar