Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycana a rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.