[b]Türkmənistan İrana qaz tədarükünü dayandırdı[/b]
04 yanvar 2017 04:04 (UTC +04:00)

[b]Türkmənistan İrana qaz tədarükünü dayandırdı[/b]

Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə bu ölkəyə qaz tədarükünü məhdudlaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan XİNin məlumatında bildirilir.  

 

«İran Milli Qaz Şirkəti 2013-cü ildən başlayaraq tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsi istiqamətində lazımi səylər göstərmir... 2016-cı il ərzində İran tərəfi qaz tədarükü sahəsində əlverişsiz vəziyyətin yaranması və qaz tədarükünün dayandırıla biləcəyi  barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb”, - deyə məlumatda qeyd olunur.    

 

Qeyd edək ki,  Türkmənistan İrana qaz tədarükünü 2017-ci ilin yanvarın 1-dən məhdudlaşdırıb.

 

Türkmənistan XİN-i İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.  

 

Qeyd edək ki, Türkmənistan 1997-ci ildən İrana qaz tədarük edib. Xatırladaq ki, qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir.

 

Türkmənistan qazını Çin və İrana tədarük edir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar