[b]Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir[/b]
24 avqust 2016 05:58 (UTC +04:00)

[b]Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir[/b]

Türkiyə hakimiyyəti  Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Karkamış rayonunun əhalisini təxliyə edir.  

 

APA-nın xəbərinə görə, bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.

 

Bundan əvvəl Karkamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Karkamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.

 

Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar