[b]Türkiyədən Kipr prezidentinə ağır ittiham  [/b]
17 fevral 2017 01:39 (UTC +04:00)

[b]Türkiyədən Kipr prezidentinə ağır ittiham [/b]

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kipr prezidenti Nikos Anastasiadisin mövqeyini pisləyərək, danışıqların pozulmasına görə məsuliyyəti onun üzərinə qoyub.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kiprin türk icmasının rəhbəri Mustafa Akıncı ötən gün Nikos Anastasiadisin “mənim daha deyəcək sözüm yoxdur” deyərək, danışıqları tərk etdiyini bildirib.

 

Anastasiadis, öz növbəsində, türk icmasının nümayəndə heyətinin heç bir səbəb olmadan görüşü tərk etdiyini iddia edərək, danışıqların pozulmasına görə məsuliyyəti Akıncının üzərinə qoyub.

 

“Yunan icmasının lideri qapını çırparaq danışıqları tərk etdi. Kiprin yunan icmasının hərəkətləri onların adada nizamlanmaya dair  danışıqlara münasibətinin göstəricisidr”, - deyə Çavuşoğlu qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar