Türkiyə Aİ ilə miqrantların mübadiləsinə dair sazişdən ilin sonunadək imtina edə bilər. Bbuna səbəb Aİ-nin türklərə vizasız rejimin tətbiq etməsinin müqabilində Ankaradan antiterror qanunvericiliyini dəyişmək tələb etməsi olub. APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelik “Röyters”ə müsahibəsində deyib.
“Öhdəlikləri unudaraq bizi bunu etməyə məcbur etmək - vizaların liberallaşdırılmasına əngəllər yaratmaq deməkdir və biz Aİ ölkələrinin öz vədlərinə sadiq olmadıqlarını ehtimal etməyə məcbur olacağıq”, - deyə Çelik deyib.
O həmçinin qeyd edib ki, Aİ-nin Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq etmək istəməməsi ilin sonunadək Aİ ilə miqrantların mübadiləsinə dair sazişin pozulması ilə nəticələnəcək: “Vizasız rejim ilin sonunadək tətbiq edilməzsə, Türkiyə, lazım gələrsə, Aİ ilə sazişin pozulmasına gedəcək”.