Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprelin 16-da keçiriləcək.
APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Yüksək Seçim Qurumu sədri Sədi Güvən açıqlayıb.
Qeyd edək ki, dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.