Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb. APA-nın xəbərinə görə, parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti 19 yanvarda başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Fövqəladə vəziyyət rejimi oktyabrın 19-da üç ay müddətinə uzadılıb.