<b>Türkiyədə komandanlarla bağlı son qərar</b>
28 iyul 2016 23:31 (UTC +04:00)

Türkiyədə komandanlarla bağlı son qərar

Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

 

APA-nın məlumatına görə, şuranın qəbul etdiyi qərar ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənib. Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

 

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Quru Qoşunları komandanı, general Salih Zəki Çolak, Hərbi-Hava Qüvvələri komandanı, general Abidin Unal və   Hərbi-Dəniz Qüvvələri  komandanı general  Bülənt Bostanoğlu öz vəzifələrində qalacaqlar”, -  deyə İbrahim Kalın bildirib.

 

Jandarma Qüvvələrinin yeni komandanı general Yaşar Gülər təyin edilib.

 

Bundan əvvəl  Quru Qoşunların qərargah rəisi general İhsan Uyar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanında Hərbi Doktrina və Hərbi Təhsil İdarəsinin rəisi general Kamil Başoğlu istefa veriblər. Qeyd olunan generallar Ali Hərbi Şuranın üzvü olublar.

 

Qeyd edək ki, hökumətin qərarı ilə 149-u general və admiral olmaqla,  1684 zabit hərbi çevrilişə cəhdə görə ordu sıralarından xaric edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar