[b]Trampın qadağa fərmanı təxirə salındı[/b]
04 fevral 2017 05:05 (UTC +04:00)

[b]Trampın qadağa fərmanı təxirə salındı[/b]

Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, qərar hakim Ceyms Robart tərəfindən çıxarılıb.

 

Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hakimiyyətinə yeni fərmanın şamil edildiyi şəxslərin deportasiya olunmasını qadağan edir.

 

Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar