ABŞ prezidenti Donald Tramp məmurların xarici ölkələrin hökumətlərinin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətinə ömürlük qadağa tətbiq edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, lobbiçilik fəaliyyətinin digər növlərinə isə 5 illik qadağa qoyulub.
“Mənimlə işləmək istəyənlər fikrini xidmətindən sonra əldə edəcəyi qazanca yox, Amerika xalqına xeyir gətirməyə yönəltməlidirlər”, - deyə Tramp qeyd edib.
Tramp xarici ölkələrin maraqlarına xidmət edən lobbiçiliyə qadağa qoyub