Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 11:50-də qeydə alınıb.
Zəlzələnin episentri Tiba prefekturasında, ocağı isə 40 km dərinlikdə yerləşib.
İbaraki, Saitama, Qumma və Fukusima daxil olmaqla 13 prefekturada zəlzələ 4 bal gücündə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.