“Əş-Şəbab” terror qruplaşmasının üzvlərinin Somalinin paytaxtı Moqadişoda restorana hücumu nəticəsində azı 6 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular “Lido” çimərliyində yerləşən restoranın qarşısında minalanmış avtomobili partlatdıqdan sonra hücuma keçərək atəş açmağa başlayıblar.
İnsidentin təfərrüatları açıqlanmır.