<b>Suriyada 3 türk əsgəri şəhid oldu, 1-i yaralandı</b>
09 sentyabr 2016 20:36 (UTC +04:00)

Suriyada 3 türk əsgəri şəhid oldu, 1-i yaralandı

0

Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

 

"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər ölüb, 1-i yaralanıb”, məlumatda deyilir.

 

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar