<b>Səfirin qətli ilə bağlı yeni video yayıldı </b>
23 dekabr 2016 02:29 (UTC +04:00)

Səfirin qətli ilə bağlı yeni video yayıldı

“Rossiya” telekanalının Ankaradakı xüsusi müxbiri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra bir neçə dəqiqə ərzində baş verənlərin əks olunduğu videokadrları əldə edib.   

 

APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, videoda çaxnaşma, yaralı insanlar və onlara yardım etməyə çalışan şəxslər öz əksini tapıb. Videoda, bundan başqa, yerə düşən qan damcıları, çevrilmiş masalar, qadın çığırtısı əks olunub. Telekanal görüntünün insanların hadisə baş verən an qalereyadan çıxma məqamını əks etdirən yeganə kadrlar olduğunu qeyd edir.  Arxa fonda qatilin yerdə uzanmış A.Karlova yaxınlaşması, sanki yoxlamaq məqsədi ilə, ona sarı əyilməsi əks olunub.   

 

Hadisə yerində olmuş türkiyəli fotoqraf Uğur Kavasa hadisə zamanı üç qadının yaralandığını bildirib: “Güllələrdən biri rikoşet verərək qadının əlinə dəydi, daha bir qadın qolundan, digəri isə ayağından yaralandı. Yer qan içində idi.  Qatil sonra sərgilənən fotoşəkilləri qopararaq, yerə atmağa başladı. Masalardakı kokteylləri, butulkaları da yerə tulladı”.    

 

Telekanalın məlumatına görə, qatil  Mert Altıntaşa təslim olmaq təklif olunub. “Mən ölmək üçün buradayam”, - deyə o cavabında bildirib.

 

Məlumata görə, polislər qatili əvvəlcə ayağından yaralayıblar. Lakin, o, yaralandıqdan sonra da atəş açmağı davam etdirib və bir an əlini cibinə salıb. Qumbaranı işə salacağını zənn edən  polislər onu məhv etməli olublar.

 

Qatil  Mert Altıntaşın evindən tapılan məktubda o bu əməli Allah naminə etdiyini qeyd edib.       

 

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

 

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35