Rusiyanın “Sberbank” və Türkiyənin “Denizbank” bankları turizm və kənd təsərrüfatı sahəsində rublla ödəniş sistemini tətbiq etmək niyyətindədirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvada “World Tourism Forum” sammitində “Denizbank”ın baş direktoru Hakan Ateş bildirib.
“Türkiyədə rusiyalı turistlər üçün banklar və bankomatlarda lazımi əməliyyatları həyata keçirmək, ödənişləri rublla etmək üçün bütün imkanlar yaradılacaq”, - deyə Ateş bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə bankları arasındakı münasibətlər iki ölkənin tərəfdaşlığının inkişafı üçün şərait yaradır.
“Biz rusiyalı turistlərə müxtəlif növ turizm xidmətləri göstəririk. Biz pul köçürmələri və ödənişlər edilən zaman komissiya haqqı tutulmadığına görə “Sberbank”a təşəkkürümüzü bildiririk.
Onun sözlərinə görə, bəzi turoperatorlar və otellər rusiyalı turistlərə rublla ödəniləcək müxtəlif növ xidmətlər göstərməyə hazırdır. Bu istiqamətdə işlər həmçinin “Atlas” aviakompaniyası ilə də aparılır.