Ötən il noyabrın 24-də Türkiyə hava məkanını pozduğu üçün vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı Alparslan Çelik İzmirdə həbs edilib.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, aralarında A. Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Bir qədər sonra onlar restorana gələn polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparıb. Aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A. Çelik “Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A. Peşkovu güllələdiyini bildirmişdi. A. Çelik bu səbəblə Rusiya tərəfindən terrorçu elan edilərək axtarılırdı.