<b>Rusiya ombudsmanından Lapşinə dair açıqlama</b>
01 fevral 2017 00:46 (UTC +04:00)

Rusiya ombudsmanından Lapşinə dair açıqlama

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Dağlıq Qarabağa qanunsuz səfər etmiş rusiyalı-israilli bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ombudsmenin saytında dərc olunan məlumata əsasən,  Tatyana Moskalkova Rusiya vətəndaşı, jurnalist Aleksandr Lapşinin Rusiya və Belarus müttəfiq dövlətin ərazisindən Azərbaycan Respublikasına ekstradisiyasını yolverilməz adlandırıb.

 

“Bu, Rusiya Konstitusiyasının 1-ci hissəsinin 61-ci maddəsində birbaşa qeyd olunub: Rusiya Federasiyasının vətəndaşı ölkə hüdudlarından kənara çıxarıla və ya digər ölkəyə təhvil verilə bilməz”, - deyə  Moskalkova əlavə edib.

 

Bununla belə, insan hüquqları üzrə müvəkkil, xaricə səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına gedəcəkləri ölkələrin qanunvericiliyi il tanış olmağın və ona əməl etməyin vacibliyini qeyd edib.

 

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

 

A. Lapşinin Rusiya və İsrail vətəndaşlığı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar