![[b]Putinlə Ərdoğan görüşdü[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Putinlə Ərdoğan görüşdü[/b]
Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri və prezidentlərin köməkçiləri də iştirak edir.
Vladimir Putin türkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyin vurğulayan Rusiya dövlət başçısı iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olmaqdan məmnunluğunu ifadə edib. O, bu gün rusiyalı həmkarı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklərini və bu iclasda ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb.
Qeyd edək ki, ikitərəfli görüşdən sonra Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası başlayacaq.
Oxşar yazılar

Qadın çantasından 200 min dollarlıq lotereya bileti tapdı
9 may 2025 , 17:05
Maşını fanatı olduğu aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI
9 may 2025 , 15:45
Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb
9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün vergilər artır
9 may 2025 , 11:51
PKK ləğv olur
9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var
9 may 2025 , 09:28