<b>Putinin maraqlı rutinləri - <span style="color:red;">YENİ KİTAB </b>
25 aprel 2018 12:50 (UTC +04:00)

Putinin maraqlı rutinləri - YENİ KİTAB

0

İngiltərəli jurnalist Ben Yudah Rusiya prezidenti Vladimir Putin “Putin- məyus imperator” adlı kitab yazıb. O, 2003-ci ildə Rusiyanın prezidenti olmuş Vladimir Putinlə müsahibə aldıqdan sonra belə bir kitab yazmaq qərarına gəldiyini bildirib.

 

Ben Yudah yazdığı kitabda qeyd edir ki, hazırkı Rusiya prezidenti 35 yaşına kimi həyatda heç bir uğuru ilə yadda qalmayıb.  Müəllif Putinin bir vaxtlar verdiyi tələskən siyasi qərarlarını müəllimi Anatoli Sobçakın sığortaladığını, hətta bəzi hallarda prezidenti uşaq kimi danladığını yazır.

Ben Yuddah Vladimir Vladimiroviçin üzgüçülük “xəstəsi” olduğunu, günün iki saatını bu idman növünə ayırdığını qeyd edir.

“Putin- məyus imperator” kitabında Rusiya prezidentinin siyasi qərarlarını məhz yarım saat hovuzda üzdükdən sonra verdiyi vurğulanır.  Məmurların onun xidməti kabineti önündə yuxulaya-yuxulaya və qorxu içində gözlədikləri də kitabda yer alan maraqlı nüanslardandır.

 

Təcili hallarda Rusiya prezidentinin xidməti kabinetinin qapısını yalnız üç şəxs döymədən aça bilərmiş; daxili işlər naziri, baş qərargah rəisi və xarici kəşfiyyat idarəsinin rəisi.

 

"Putinin ən çox sevdiyi idman buzüstü hokkey, hobbiləri içərisində ən çox vaxt ayrıdığı məşğuliyyət isə ovçuluqdur. Tez-tez buzüstü hokkey salonlarında Putini yarış meydançasında da görmək mümkündür" - kitabda belə qeyd olunur.

 

Ben Yuddahın qələmə aldığı kitabda Putinin yaxın dostlarının ona əvvəllər “şef”, indi isə “çar” deyə müraciət etdikləri bildirilir.

Putinin ən çox qorxduğu isə zəhərlənmədir. Hətta yeməyini belə inandığı xidmətçilər hazırlayır. Onun üçün hazırlanan yeməyin dadına isə mətbəx rəisi özü baxır. Sonra Putin süfrəyə dəvət olunur.

 

Jurnalistin yazdığı kitabda Rusiya prezidentinin dövləti Moskvanın qərbindəki Novo-Ogaryovodakı bir villadan idarə etdiyi vurğulanır.

 

 

Putinin yuxudan gec saatlarda oyandığı, səhər yeməyində mütləq bildirçin yumurtalarının olması yazılır. Yulaflı yumurta qayğanağını da çox sevdiyi bildirilir. Şənbə və bazar günləri də iş otağında olduğu qeyd olunur. Gecələr çalışmağı və düşünməyi sevdiyi bildirilir. Putinin qaldığı oteldə təkcə səs-küy salan canlının “Labrador” adlı iti olduğu da kitabda qeyd olunan maraqlı faktlardandır. Ən çox çar Birinci Pyoturla bağlı kitabları oxuyan Putin boş vaxtlarında onun haqqında çəkilən yumoristik videolara baxmağı da xoşlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar