
Putin ABŞ-ın Suriyaya zərbə endirməsini təcavüz adlandırdı
"Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".
Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya hökumət qüvvələrinin istifadə etdiyi Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə, ilkin məlumatlara əsasən, 4 Suriya hərbçisi ölüb, aviabaza dağıdılıb.
Oxşar yazılar

Lotereyadan 167 milyon dollar uddu, 4 gün sonra həbs olundu
7 may 2025 , 15:22
Kadırov istefa elanından sonra yeni mükafat aldı
7 may 2025 , 13:58
Milyonlarla can alan Kəşmir DAVASI: Hindistan-Pakistan münaqişəsi necə başladı?
7 may 2025 , 11:16
Məşhur aparıcı MRT zamanı öldü
7 may 2025 , 10:14
Hindistan-Pakistan müharibəsi başladı - 26 ölü, 46 yaralı - VİDEO - YENİLƏNİB
7 may 2025 , 09:14Hindistan ordusu ağ bayraq qaldırdı
7 may 2025 , 08:38
Kəşmirdə döyüş təyyarəsi qəzaya uğradı
7 may 2025 , 07:28