Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın dövlət başçısı Almaniyanın “Berliner Morgenрost” qəzetinə müsahibəsində deyib.
“Dörd il əvvəl əhalinin cəmi 16%-i NATO-ya üzv olmağın tərəfdarı idi, bu gün isə artıq 54%-i. Prezident kimi mən xalqın rəyinə arxalanmalıyam. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək. Ukraynalılar referendumda “hə” desə, mən ölkəmizin Şimali Atlantika Alyansına qoşulması naminə əlimdən gələni əsirgəməyəcəyəm”, deyə P.Poroşenko bildirib.