<b>Nyu-Yorkda bina yandı: 11 ölü  </b>
29 dekabr 2017 06:52 (UTC +04:00)

Nyu-Yorkda bina yandı: 11 ölü

Nyu-Yorkda yaşayış binasında yanğın baş verib.

 

APA-nın “The New York Post”a istinadən verdiyi xəbərə görə, dördüncü təhlükə dərəcəsi verilən yanğın nəticəsində azı 11 nəfər ölüb, 15 nəfərədək isə xəsarət alıb.

 

Hadisə yerinə 160-dan çox yanğınsöndürən cəlb olunub.

 

Nyu-York Şəhər meriyasının mətbuat katibi Erik Filips ölənlərin sayının artacağı ehtimalının oldğunu deyib.

 

“The New York Post” ölənlər arasında uçşaqların da olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar