Bu gün Vaşinqtonda Merkel və Tramp arasında görüş keçiriləcək
Almaniya kansleri Angela Merkel bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk dəfə görüş keçirəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Tramp telefon danışığında Almaniya hökumətinin rəhbərini ABŞ-a səfər etməyə çağırıb. Lakin, martın 14-nə planlaşdırılmış görüş qar boranı səbəbindən martın 17-nə keçirilib.
Kanslerin dəftərxanasından verilən xəbərə görə, təkbətək və geniş tərkibdə keçiriləcək danışıqlar zamanı Trans-Atlantik tərəfdaşlıq və beynəlxalq siyasətə dair məsələlər müzakirə ediləcək.
Günün ikinci yarısında birgə mətbuat-konfransı və Merkelin şərəfinə ziyafət veriləcəyi bildirilib. Daha sonra Tramp Berlinə geri qayıdacaq.