<b>Məhkəmə Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxladı</b>
13 mart 2017 20:30 (UTC +04:00)

Məhkəmə Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxladı

Kiyev şəhər Apellyasiya Məhkəməsi vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb.

 

APA-nın “112 Ukrayna” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmə kollegiyası bu gün qərar çıxarıb.

 

Martın 7-də Kiyevin Solomensk məhkəməsi Roman Nəsirov barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

 

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar