Rusiya XİN rəhbəri Sergey Lavrov Bonn şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilib. Məlumata görə, görüşdə atəşkəsin möhkəmləndirilməsi kontekstində Suriyadakı vəziyyət müzakirə olunub.
“Nazirlər Rusiya-Türkiyə siyasi və iqtisadi sahələrdəki münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair əsas məsələləri müzakirə ediblər. Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluqla mübarizədə birgə addımların razılaşdırılması, atəşkəs rejiminin möhkəmləndirilməsi və siyasi nizamlanma prosesinə dəstəklə əlaqədar ətraflı fikir mübadiləsi keçirilib. Xüsusi diqqət “Astana prosesi”nə ayrılıb”, - deyə məlumatda bildirilir.