[b]Karlovun qatili oktyabrdan onun barəsində məlumat toplayırmış[/b]
04 yanvar 2017 00:58 (UTC +04:00)

[b]Karlovun qatili oktyabrdan onun barəsində məlumat toplayırmış[/b]

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin istintaqı zamanı məlum olub ki, vəkil O. Serkanın (qatil Mövlud Mert  Altıntaşın sabiq otaq qonşusu – red.) komputeri vasitəsilə hələ 2016-cı ilin oktyabrından rusiyalı diplomata dair məlumatlar toplanırmış.   

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ekspertlər vəkil O. Serkanın komputerini tədqiq edərkən, səfir Karlovla bağlı dəfələrlə sorğuların verildiyini, səfirin əks olunduğu videoların seyr edildiyini müəyyənləşdiriblər.   

 

Müstəntiqlər hazırda Mövlud Mert  Altıntaşın həmin dövr ərsində kimlərlə təmasda olduğunu araşdırırlar.

 

Qeyd edək ki, istintaq çərçivəsində 9 nəfər saxlanılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar