Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 575 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 14 nəfərin dağıntılar altında qaldığı bildirilir.
Bundan əvvəl 53 nəfərin öldüyü, 300-dək insanın yaralandığı bildirilirdi.
Qatarın naməlum səbəbdən relsdən çıxdığı bildirilir. Qəza nəticəsində bir neçə vaqon aşıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Qəza ötən gün paytaxt Yaunde şəhərindən 120 km aralıda baş verib.