Kaliforniya ştatının ABŞ-ın tərkibindən çıxmasını ("Calexit") istəyənlər imza toplama mərasiminə başlayıb. APA-nın məlumatına görə, 180 gün ərzində azı 585 min 500 nəfərin imzası toplanmalıdır ki, bu da ştat əhalisinin 8%-ni təşkil edir.
İki gün bundan öncə ştatın daxili işlər naziri imzaların toplanmasına icazə verib. "Calexit" təşəbbüskarları lazımi sayda imza toplaya bilsə, 2018-ci ilin noyabr ayında Kaliforniyanın ABŞ-ın tərkibindən çıxarılması barədə referendum keçiriləcək.
Xatırladaq ki, Kaliforniya ştatının 61,5%-i son prezident seçkilərində Hillari Klintona səs verib.
Kaliforniya əhalinin sayı baxımından ABŞ-ın ən iri ştatıdır. Ştatın əhalisinin sayı 39 mln. nəfərdən çoxdur.