Bağdad məhkəməsi İŞİD terror qruplaşmasına işləyən hakeri ölüm cəzasına məhkum edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, cinayətlərini bir sıra ərəb ölkələrindən olan şəxslərlə əlbir olaraq törədib.
Qruplaşmanın əsas vəzifəsi “Tvitter” və “Feysbuk” sosial şəbəkələrində İŞİD ideologiyasının yayılması, eləcə də Yaxın Şərq və digər regionlarda haker hücumlarının həyata keçirilməsindən ibarət olub.