[b]İran Ermənistana satdığı qazın həcmini artıra bilər[/b]
27 fevral 2019 18:07 (UTC +04:00)

[b]İran Ermənistana satdığı qazın həcmini artıra bilər[/b]

İran Ermənistana nəql etdiyi qazın həcmini artırmağa hazır olduğunu bəyan edib.
 
ONA News.am-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Tehranda rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
 
O, İran qazının Gürcüstana ixracı üçün üçtərəfli əməkdaşlığa hazır olduğunu da bəyan edib: “Müzakirə etdiyimiz digər məsələ Ermənistanın köməyi ilə İran körfəzi və Qara dəniz arasında əlaqənin təmin edilməsi oldu. Biz müvafiq qurumlara hökumətlərarası iclaslarda bu məsələləri müzakirə etmək barədə göstəriş verdik”.
 
Öz növbəsində Nikol Paşinyan qeyd edib ki, İranın Ermənistana nəql etdiyi qazın həcminin artırılmasında ən vacib məqam qiymətlə bağlıdır: “Bu, alqı-satqının cəlbedici olmasında prinsipial vacib məsələdir”.
 
Baş nazir Ermənistanın İran qazı üçün tranzit ölkə olmağa hazır olduğunu vurğulayıb: “Enerji dəhlizinin yaradılması da ölkəmiz üçün vacib məsələdir və bu məsələlərin həlli üçün siyasi iradə var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar