Parlament seçkiləri keçirilən Gürcüstanda daha bir seçici dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Batumidə qeydə alınıb. Belə ki, 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.
***
16:58
Parlament seçkiləri keçirilən Gürcüstanda seçicilərdən biri səsvermə məntəqəsinin yaxınlığında dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, Şida Kartli regionunun Kareli şəhərinin yaşlı sakininin vəziyyəti 23 nömrəli seçki məntəqəsinin yaxınlığında pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.
"Yaşlı kişi səsvermə hüququndan yararlanmaq üçün məntəqəyə gəlirdi. Qəfildən onu halı pisləşdi. O, xəstəxənaya aparılarkən yolda keçinib", - deyə məntəqə sədri Zaza Nadiraşvili bildirib.