<b>Gürcüstanda FETÖ ilə əlaqəli iki məktəb bağlandı</b>
05 fevral 2017 00:07 (UTC +04:00)

Gürcüstanda FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. APA-nın Gürcüstan bürosunun Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin  FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

 

Nazirlikdən bildirilib ki, lisenziya yoxlama zamanl aşkarlanan bir çox pozuntularla əlaqədar, xüsusən, Gürcüstandakı tədris standartlarına uyğunsuzluğa görə ləğv olunub.  

 

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb. Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar