Boliviya daxili işlər nazirinin müavini Rodolfo İyanes etiraz edən şaxtaçılar tərəfindən oğurlanaraq öldürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu yerli “Fedecomin” radiostansiyasının direktoru Moyses Flores bildirib.
“Röyters”in məlumatına görə, nazir müavini döyülərək qətlə yetirilib. İnsidentin Panduro şəhərində baş verdiyi bildirilir. Moyses Flores məmurun cəsədini şəxsən gördüyünü iddia edib. Ölkənin DİN rəhbəri Karlos Romero hələlik yalnız Rodolfo İyanesin oğurlandığını etiraf edib.
Qeyd edək ki, Boliviyada mədən işçiləri son iki həftə şaxtaçılara dair kooperativlər haqqında qanuna gözlənilən dəyişikliklərə qarşı etiraz edirlər.