[b]Ərdoğan: "BMT TŞ-nin daimi üzvlərinin sayı 20-yə çatdırılsın"[/b]
21 sentyabr 2016 03:56 (UTC +04:00)

[b]Ərdoğan: "BMT TŞ-nin daimi üzvlərinin sayı 20-yə çatdırılsın"[/b]

0

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  BMT Baş Assambleyasının 71-ci iclasında  çıxışı zamanı təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı təklif edib.

 

“Biz həmişə dünyanın “beşlikdən” (BMT TŞ-nin daimi üzvləri) daha böyük olduğunu deyirik. BMT Təhlükəsizlik Şurası İkinci Dünya Müharibəsi şəraitində yaradılıb, hazırkı şəraitdə o artıq effektiv fəaliyyət göstərə bilmir. İndi bütün dünyanın taleyi bu beş ölkənin əlindədir. Bu cür TŞ ədalətliliyi təmin edə bilmir. Üç Avropa ölkəsi, bir Asiya dövləti və ABŞ. Vəssalam. Bəs qalanları? Qoy TŞ-də, məsələn, 20 ölkə olsun, hansılar ki, öz növbəsində, qalan ölkələri təmsil edəcək”, - deyə Ərdoğan bildirib.

 

APA-nın xəbərinə görə, Ərdoğan TŞ-də demokratik və şəffaf islahatlar keçirməyi təklif edərək, bu islahatlardan “qorxmamağa” çağırıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar