İran parlamenti üzvlərinin əksəriyyəti Prezident Həsən Ruhaniyə məktub yazaraq Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib. Lent.az-ın məlumatına görə, bu barədə IRNA informasiya agentliyi xəbər yayıb.
Bildirilir ki, Cavad Zərif fevralın 25-də özünün “Instagram” səhifəsində istefa verəcəyi barədə məlumat yayıb. Vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirən Zərif xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.
Xatırladaq ki, Cavad Zərif xarici işlər naziri postuna 2013-cü ilin avqustunda təyin olunub.