<b>Dəniz quldurları Türkiyə gəmisini və heyət üzvlərini qaçırıb</b>
11 aprel 2016 14:38 (UTC +04:00)

Dəniz quldurları Türkiyə gəmisini və heyət üzvlərini qaçırıb

 

 

Bu gün Afrika sahillərində Türkiyənin “Kaptanoğlu Denizcilik” şirkətinə məxsus tankerə dəniz quldurları hücum edib, gəmi heyətini qaçırıb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Malta bayrağı ilə Nigeriya sahillərində üzən 148 metr uzunluqdakı “M/T Puli” adlı tanker  dəniz quldurlarının hücumuna məruz qalıb. Dəniz quldurları gəmi kapitanı da daxil olmaqla, 6 heyət üzvünü qaçırıblar. “Kaptanoğlu Denizcilik” şirkəti dəniz quldurlarının qaçırdığı dənizçilərin sağlıq durumlarının yaxşı olduğunu, tankerin də təhlükəsiz şəkildə üzdüyünü açıqlayıb. Şirkət Türkiyə Xarici İşlər, Nəqliyyat və İnformasiya nazirlikləri və digər aidiyyatı qurumlarla əlaqə saxlanıldığını, məsələ ilə bağlı baş verənlər haqqında ictimaiyyətin məlumatlandırılacağını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

APA Baycan

Oxşar yazılar