Beynəlxalq Valyuta Fondunun Parisdəki ofisində partlayış baş verib.
APA-nın “bloomberght.com”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Partlayış fonda göndərilmiş zərfin açılması zamanı baş verib.
Hadisədən sonra hüquq-mühafizə orqanları geniş əməliyyat-axtarış tədbirlərinə başlayıb.