<b>Azərbaycan əsilli biznesmen şirkətini 2 milyard dollara satır </b>
13 dekabr 2017 12:46 (UTC +04:00)

Azərbaycan əsilli biznesmen şirkətini 2 milyard dollara satır

 

 

Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi "Cerkizovo" şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.


"APA-Economics" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən yazır.

 

Bildirilir ki, biznesmen Taylandın "CP Foods" şirkəti və Vadim Moşkoviçə məxsus "Rusaqro" ilə danışıqlar aparır.

 

"Çerkizovo"nun rəsmisi məlumat təkzib edib.
 

"CP Foods" isə "Çerkizovo" ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə də, şirkət rəsmisi qeyd edib ki, şaquli inteqrasiyanın qurulmasında maraqlıdır.

"Rusaqro" şirkəti də şərh verməkdən imtina edib.

"Kommersant"ın mənbələri isə iddia edir ki, "Çerkizovo"nun sahibləri şirkətlər qrupunu 2 mlrd. dollar civarında qiymətləndirir.


Qeyd edək ki, "Çerkizovo" şirkətlər qrupuna quşçuluq istehsalı üzrə ixtisaslaşmış 8 klaster, 15 donuz ferması, 4 ət emalı müəssisəsi və s. daxildir. 2016-cı ilin sonuna şirkət bazarın 10%-nə nəzarət edib.

 

2017-ci ilin yanvar-iyun ayları ərzində "Çerkizovo"nun xalis mənfəəti 5,4 dəfə artaraq 5,1 mlrd. rubla çatıb.


* 1 rubl = 0.0287 manat

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

APA Baycan

Oxşar yazılar