[b]Ankaradan Vaşinqtonun tənqidinə cavab[/b]
30 avqust 2016 22:19 (UTC +04:00)

[b]Ankaradan Vaşinqtonun tənqidinə cavab[/b]

0

Ankara Türkiyənin Suriyada keçirdiyi “Ərəfat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiç bildirib.

 

Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.  

 

ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın “demokratik qüvvələrinə” qarşı addımlarının tənqid etmək niyyətindədir.   

 

“Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik”, - deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar