Ankara Almaniya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışmağa hazırdır
Almaniya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışmağa hazırıq. APA-nın xəbərinə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Spiegel” dərgisinə müsahibəsində bildirib.
“Mən bu istiqamətdə səylər göstərməyə hazıram. Keçən il çətin olsa belə, Almaniya və Türkiyə arasında problemlərin yaranmasına heç bir səbəb yoxdur”, - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Ankara və Berlin arasında fikir ayrılığı, ilk növbədə, Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı 2017-ci il tarixli referendumla bağlı olub.
“Türkiyə hökumət üzvlərinin Almaniya ərazisində çıxışlar etməsinə qadağa qoyulması xoşumuza gəlmədi. Və mən dedim dostum Ziqmar Qabrielə (Almaniya XİN rəhbəri) dedim: “Gəlin gələcəyə birlikdə baxaq. Əgər siz bizə tərəf 1 addım atsanız biz sizə tərəf 2 addım atarıq”, - deyə Çavuşoğlu qeyd edib.